You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...

Qiymtələndirmə

Qiymtələndirmə nədir?


MaxConsulting şirkəti istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, müəssisələrin, digər mülkiyyət növlərinin və sığorta hadisələri nəticəsində dəymiş zərərin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi üzrə xidmətlərini təklif edir. Peşəkar mütəxəssislər, təcrübəli ekspert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən qiymətləndirmə xidmətləri hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir.

Dəyərin qiymətləndirməsi seçilmiş qiymət standartlarına uyğun olaraq, qiymətləndirmə predmetinin müəyyən vaxtda dəyərinin müəyyənləşdirilməsi deməkdir. Bir qayda olaraq, əmlak qiymətləndirməsini 4 böyük qruplara bölürlər:

  1. • Müəssisənin dəyərinin qiymətləndirməsi (biznesin);
  2. • Daşınmaz əmlakın qiymətləndirməsi;
  3. • Avadanlıqın qiymətləndirməsi (o cümlədən maşın və nəqliyyat vasitələrinin);
  4. • Qeyri-maddi aktivlərin və əqli mülkiyyətin qiymətləndirməsi.

Qiymətləndirmə fəaliyyətinin reallaşmasında, qiymətləndirmənin məqsədindən asılı olaraq aşağıdaki dəyər növləri istifadə olunur:

  • • bazar dəyəri
  • • investisiya dəyəri
  • • likvid dəyəri
  • • kadastr dəyəri

Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin qanunvericilik əsasları aşağıdakılardır:

  1. 1. Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779IQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  2. 2. Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli 510-IQ nömrəli “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunu (axırıncı redaktə qanun 20 aprel 2012-ci il,№336-IVQD);
  3. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2007-ci il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”;
  4. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”;
  5. 5. Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 2006-cı il 09 fevral tarixli qərarı ilə (protokol № 3) təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblər”;
  6. 6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”.

 

Ümumilikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən qiymətləndirmə həm könüllü, həm də məcburi hallarda həyata keçirilə bilər. Qiymətləndirmə fəaliyyəti zamanı 3 əsas yanaşmadan (metoddan) istifadə olunur:

Xərc yanaşması – əmlakın yaranması, dəyişməsi və istifadə olunması xərclərinin dəyərinin, bütün növ köhnəlmə nəzərə almaqla müəyyənləşməsi əsasında qurulan əmlak qiymətləndirmə üsulu. Xərc yanaşması əvəzetmə prinsipini reallaşdırır, bu onunla ifadə olunur ki, alıcı hazır obyektə eyni faydalı yeni obyktin yaradılmasından daha çox ödəmə etməsin. Maşın və avadanlıqların dəyərin qiymətləndirməsində xərc yanaşması bütün növ köhnəlmə, qiymətdən düşmə itki dəyərlərinin çıxması şərti ilə qiymətləndirmə obyektlərin tam təkraristehsalının (tam əvəzetmə) xərc tədiyyəsindən ibarətdir. Təkraristehsalın və əvəzetmənin tam dəyərinin müəyyənləşməsi zamanı, daşınma, yük daşınması, quraşdırma, istismara verilmə və s. xərclər daxil olmaqla, bütün xərclər nəzərə alınır. Təkraristehsalın və əvəzetmənin tam dəyərinin müəyyənləşməsində əsas element qiymətləndirmə obyetinə identik və analoju olan obyektin istehsalının maya dəyəridir (istehsal xərcləri).

 

Gəlir yanaşmasının tətbiq əməliyyatı bir neçə il ərzində gələcək gəlir proqnozlaşdırılması nəticəsində həyata keçirilir. Əksər hallarda bu yanaşma maşın və avadanlıqların dəyərinin müəyyən edilməsi zamanı istifadə olunmur, çünki gəlir bütün kompleksin işi nəticəsində əldə olunur. Özləri gəlir gətirə bilən obyektlər istisna sayılır( çap və çoxaldan texnika, kiçik çörək sexi, yük maşınları və s.). Gəlir yanaşması vasitəsilə qiymətləndirilən maşın və avadanlıqların dəyəri bu qayda ilə müəyyən edilir: İstehsal kompleksinin xalis gəliri hesablanır; qalıq üsulu ilə maşın kompleksinə aid gəlirin bir hissəsi müəyyən edilir; kapitallaşdırma üsulu və ya pul gəlirlərinin endirimi ilə bütün maşın parkının dəyəri ölçülür; balans dəyəri ilə ayrıca obyektlərin dəyəri hesablanır.

 

Uyğun satışların müqayisəsi yanaşması – sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Bu yanaşmanın əsası ondan ibarətdir ki, qiymətləndirmə obyektinin dəyəri birbaşa olaraq analoji obyektlərin satış qiymətlərinə uyğun müəyyən edilir. Hər bir tutuşdurulan satış qiyməti qiymətləndirmə obyektinin satış qiyməti ilə müqayisə edilir. Qeyd edək ki, istənilən növ əmlakın qiymətləndirməsi onun girov qoyulması, alqı-satqısı, özəlləşdirilməsi, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, hərraca çıxarılması, hüquqi şəxsin ləğv edilməsi, dövlət ehtiyacları üçün əmlakın geri alınması və s. hallarda tələb olunur.

 

MaxConsulting şirkəti aşağıdakı qiymətləndirmə predmetlərinin rəsmi dəyərinin müəyyən olunması üzrə xidmətlərini təklif edir:


1. DAŞINMAZ ƏMLAK ÜZRƏ
  • Mənzillər
  • Torpaq sahələri
  • Fərdi yaşayış evləri
  • Qeyri-yaşayış obyektlərinin və çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi
  • Qeyri-yaşayış sahələri
  • Kənd təsərrüfatı və sənaye xarakterli boş torpaq sahələri
  • Qarajlar
  • İstehsalat sahələri və anbarlar
2. MAŞIN VƏ AVADANLIQLAR
  • Seriyalı texnoloji avadanlıqlar
  • Xüsusi və ya qeyri-standart avadanlıqlar
  • Texnoloji xətlər
  • Tikinti və yol texnikası, qaldırıcı nəqliyyat vasitələri
  • Kompüter texnikaları və rabitə vasitələri
3. NƏQLİYYAT VASİTƏLƏRİ
  • Minik avtomobilləri
  • Dəmiryol nəqliyyatı
  • Su nəqliyyatı
  • Hava nəqliyyatı
4. MÜƏSSİSƏLƏR
  • Kiçik həcmli müəssisələr
  • Orta həcmli müəssisələr
  • Böyük həcmli müəssisələr
  • Digər (yanacaqdoldurma məntəqəsi, texniki xidmət obyektləri və s.)
5. SIĞORTA HADİSƏLƏRİ
  • Yanğın sığortası üzrə
  • Nəqliyyat vasitələri üzrə
  • Yük sığortası üzrə
  • Oğurluq hadisələri üzrə
  • Kənd təsərrüfatı sahəsi üzrə
  • Digər növlər üzrə

Tələb olunan sənədlər


Bina evi, fərdi yaşayış evi, bağ evi, torpaq sahəsi, kommersiya məqsədli qeyri-yaşayış obyektləri:

  1. • Qiymətləndirilən daşınmaz əmlakın mülkiyyət hüququnu təstiq edən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, və ya istisna hallarda şəhadətnamələr, qeydiyyat vəsiqəsi, dövlət aktı və mülkiyyət hüququnu təsdiq edən digər sənədlər
  2. • Qiymətləndirilən obyekt fərdi yaşayış və bağ evi olduqda və mülkiyyət hüququnu təsdiq edən sənəd qeydiyyat vəsiqəsindən ibarət olduqda evin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını təstiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və ya istisna hallarda Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın ayrılması ilə bağlı sərəncam, alqı-satqı müqaviləsi və qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd).
  3. • Daşınmaz əmlak obyektin texniki pasportu.
  4. • Qiymətləndirilən daşınmaz əmlak yalnız sərbəst torpaq sahəsi olduqda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı, torpağın və torpaq sahəsinin planı və ölçüsü (texniki pasportu).
  5. • Sifarişçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).
  6. • Hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamənin surəti.

 

Qiymətləndirilən daşınmaz əmlak növü əmlak kompleksi olduqda:
  1. • Bina və tikililərə, ötürücü qurğulara mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış və şəhadətnamə).
  2. • Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarış, Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən verilmiş şəhadətnamə, dövlət aktı,).
  3. • Əmlak kompleksi kimi müəssisənin, bina, tikili, qurğu və avadanlıqların texniki pasportları.
  4. • Əsas vəsaitlərin siyahısı (inventarizasiya aktı).
  5. • Zəruri hallarda kompleks üçün alınmış mal-materiallara dair alqı-satqı sənədləri (forma 2).

 

Qiymətləndirilən əmlak qaraj, istixana, anbar və digər yardımçı tikililər olduqda:
  1. • Əmlaka hüquqları təsdiq edən sənədlər.
  2. • Əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqi və texniki sənədlər (plan, cizgi).
  3. • Əmlakın icarə müqaviləsi.
  4. • Əmlakın tikintisi üzrə eskiz və layihə sənədləri.

 

Qiymətləndirilən əmlak avtomobil olduqda:
  1. • Nəqliyyat vasitəsinin texniki pasportu
  2. • Nəqliyyat vasitəsi Dövlət Yol Polisində qeydiyyata alınmayıbsa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qeydiyyatından keçməsi barədə arayış
  3. • Qiymətləndirilən avtomobillərin (əgər onların sayı 1-dən çoxdursa) siyahısı;
  4. • Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.).

 

Qiymətləndirilən əmlak müəssisə (zavod, fabrik və s.) olduqda:
  1. • Mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamənin, qiymətli kağızların reyestrindən çıxarışın surəti.
  2. • Mülkiyyət hüququnun əsasları olan sənədlərin surəti.
  3. • Texniki pasportun surəti.
  4. • Əsas vəsaitlərin, ehtiyatların, materialların, debitor və kreditor borcların inventarlaşdırılması aktı.
  5. • Auditor rəyi.
  6. • Texniki vəziyyət aktı ilə avadanlığın texniki pasportlarının surəti.
  7. • Binanın yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya digər hüquqları təsdiq edən haqqında sənədlərin (sahənin ayrılması yaxud icarə müqaviləsi) surəti.
  8. • Maşın və avadanlıqların yüklülüyünün olmaması barədə arayış.
  9. • Daşınmaz əmlakın, maşın və avadanlıqların tam balans və qalıq dəyəri, balansa qəbul edilməsi ili haqqında arayış.
  10. • Qoşulma nöqtələrinin və əsas texniki parametrlərin (diametr, uzunluq, kabelin markası) göstərilməklə mühəndis şəbəkələrinin texniki vəziyyəti haqqında arayış.