You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...

Hüquq xidmətləri

Fərdi hüquq xidmətləri


MaxConsulting fərdi müqavilələr üzrə aşağıdakı hüquq xidmətlərini göstərir:


  1. 1. Daşınmaz əmlaka dair hüquqların müdafiəsi və məhkəmə müdafiəsindən istifadə
  2. 2. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və əmlakın sənədləşdirilməsi istiqamətində hüquqi yardım
  3. 3. Qanunvericiliklə icazə verilən hallarda bütün dövlət və yerli özünüidarə orqanları və ya 3-cü şəxslər (hüquqi və ya fiziki) qarşısında nümayəndəlik və ya təmsilçilik
  4. 4. Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi
  5. 5. Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili
  6. 6. Nigahın pozulması və nigah pozulduqdan sonra yaranan əmlak mübahisələrinin həlli zamanı hüquqi yardım və təmsilçilik
  7. 7. İstənilən sahə üzrə fəaliyyət göstərən təşkilat və ya müəssisələrin hüquqi baza ilə təmin olunması
  8. 8. Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi
  9. 9. İddia ərizələrinin, yazılı müraciətlərin və şikayətlərin hazırlanması və tərtib edilməsində köməklik
  10. 10. Təqdim edilən sənədlərin hüquqi ekspertizasının keçirilməsi və müvafiq rəyin (yazılı və ya şifahi) verilməsi
  11. 11. Hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi
  12. 12. Əcnəbilər üçün Azərbaycan Respublikasında tələb olunan müxtəlif növ sənədlərin haırlanmasında köməklik göstərilməsi, müvəqqəti yaşayış üçün icazə, iş icazəsi, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyat
  13. 13. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xüsusi icazələrin (lisenziyaların) alınmasında hüquqi yardım
  14. 14. Cinayət işləri
  15. 15. İnzibati-iqtisadi işlər
  16. 16. İnzibati xəta işləri

Korporativ hüquq xidmətləri


MaxConsulting korporativ müqavilələr üzrə aşağıdakı hüquq xidmətlərini göstərir:


  1. 1. Müəssisə və ya təşkilatın təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin yüksək ixtisaslı kompleks müşayiəti;
  2. 2. Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair yazılı rəylərin verilməsi, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak, icra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi;
  3. 3. Xarici şəxslər və ya şirkətlərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə tərtib olunması;
  4. 4. Müştərinin tələbinə uyğun olaraq qanunvericilik bazası (kağız və ya elektron formatlarda) ilə təminat;
  5. 5. İstənilən hüquqi məsələlərin operativ surətdə həlli;
  6. 6. Müəssisə və ya təşkilatın daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin müşayiət olunması;
  7. 7. Əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiyaların verilməsi;
  8. 8. Müəssisə və ya təşkilatın hüquqi auditinin həyata keçirilməsi və nəticəsinə dair yazılı hesabatın verilməsi;
  9. 9. Müştərinin maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda 3-cü şəxslər qarşısında müdafiəsi.