Maliyyə hesabatlarının təhlili – əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.
Maliyyə hesabatları əsas və əlavə maliyyə hesabatları olaraq iki başlıq altında qruplaşdırılır. Bu hesabatlar növbəti yazılarımızda ayrı-ayrılıqda daha ətraflı izah ediləcəkdir.
1. Əsas maliyyə hesabatları
- • Mənfəət və zərər hesabatı
- • Balans hesabatı
- • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- • Kapitalda dəyişikliklər hesabatı
2. Əlavə maliyyə hesabatları
- • Maliyyə hesabatlarına qeydlər (dipnotlar)
- • Yardımçı cədvəllər
- • Rəhbərliyin müzakirə və təhlilləri
- • Rüblük və ya yarım illik hesabatlar
- • Proxy hesabatlar
Maliyyə hesabatlarının təhlili 6 pillədən ibarətdir:
- • 1. Təhlilin məqsədi və konteksti – Bu pillədə aşağıdakı suallar cavablandırılır: Təhlil niyə həyata keçirilir? Məqsəd nədən ibarətdir? Təhlilin quruluşu necə olacaq? Hansı resurslardan istifadə ediləcək? Təhlilin aparılması üçün nə qədər vaxta ehtiyac var?
- • 2. Məlumatların toplanması – müəssisənin maliyyə hesabatlarından və müəssisənin daxil olduğu sektordan və ümumi iqtisadiyyata dair məlumatlardan əldə edilir. Bura müəssisə rəhbərliyi, istehsalçılar və istehlakçılar üzrə keçirilən sorğunun nəticələri və müəəsisənin veb səhifəsindəki məlumatlar da daxildir.
- • 3. Məlumatların emalı – toplanmış məlumatlar əsasında tələbərdən asılı olaraq müxtəlif əmsallar hesablanır və qrafiklər qurulur
- • 4. Emal edilmiş məlumatların təhlili – emal edilmiş məlumatların izahı bu pillədə əks olunur. Yəni, 3-cü mərhələdə əldə edilmiş əmsalların, qrafiklərin və cədvəllərin nə məna kəsb etdiyi bu pillədə qeyd edilir.
- • 5. Hesabatlıq – təhlil edilmiş məlumatlara əsasən standartlara uyğun hesabatın hazırlanması və nəzərdə tutulan auditoriyaya təqdim edilməsi.
- • 6. Təhlilin yenilənməsi – yuxarida qeyd edilmiş mərhələlər mütəmadi olaraq təkrarlanmalı və nəticələr yenilənməlidir.