You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...

Lahiyələndirmə

lahiyelendirme

Layihələndirmə tikinti prosesinin ilkin mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk.

Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin layihəsini hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir.

Eskiz layihə - tikilmiş tikiliyə (fərdi yaşayış evi, qeyri yaşayış obyekti) “Çıxarış” almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti- nin tələb etdiyi ilkin sənəd növüdür.

Eskiz Layihə (Memarlıq-Planlaşdırma bölməsi) lisenziya və möhürlüdür.

Eskiz Layihə (Memarlıq-Planlaşdırma bölməsi) tikintiyə başlamaq üçün İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin tələb etdiyi ilkin sənəd növüdür.